Saytımızı qiymətləndirin


 
 

Şuşa döyüşlərinin iştirakçısı olmuş zabit vəfat etdi
Tarix: 06-05-2021 | Saat: 11:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçusu, leytenant Rüfət Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib.

Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

Çox təəssüf ki, R.Nəbizadə ötən gün dünyasını dəyişib.

Şuşa döyüşlərinin iştirakçısı olmuş zabit vəfat edib


Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər
5-11-2020, 16:43 İranda zəlzələ olub