Saytımızı qiymətləndirin


 
 

MN: Azad olunmuş ərazilərdə ötən həftə 293 mina zərərsizləşdirib - VİDEO
Tarix: 29-09-2023 | Saat: 10:43
Bölmə:Karusel / Qarabağ | çapa göndər

MN: Azad olunmuş ərazilərdə ötən həftə 293 mina zərərsizləşdirib - VİDEO

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində ötən həftə ərzində 199 ədəd tank əleyhinə, 94 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 8 km-dək yeni təminat yolları çəkilib. Qısa müddət ərzində 300 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər
23-11-2020, 14:10 Sabahın hava proqnozu