Saytımızı qiymətləndirin


 
 

"Polisə Dəstək" İctimai Birliyi Baydenin "soyqırım" açıqlaması ilə bağlı bəyanat yayıb
Tarix: 26-04-2021 | Saat: 10:13
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

"Polisə Dəstək" İctimai Birliyi ABŞ-ın prezidenti Baydenin məlum "soyqırım" açıqlaması ilə bağlı bəyanat yayıb.
 
Bəyanatda deyilir:
 
ABŞ-nın Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli Səfiri cənab Li Litsenberqerən.
Zati Aliləri!
Sizə də,təmsil etdiyiniz fövqəl dövlətə də gün kimi aydındır ki, Beynəlxalq hüququn subyekti olan dövlətlər və dünya BMT TŞ-nın 11 və ya, 5 daimi üzvündən, habelə ATƏT-in 3 həmsədrlərindən ibarət deyil!(amma asılıdır) Dünyanın 200 dövlətini bu, 11 və ya,5 və yaxud, 3 həmsədr dövlətləri idarə edə bilməz!(niyə idarə etməlidir?)
Uzun illərdir eyni dövlətlər yaranmış (yaratdıqları) münaqişələri həll etmək, lokallaşdırmaq əvəzinə, sönmüş ocaqları alovlandırmağa imkan yaradırlar. Səbəb, eyni dövlətlərin heç bir ölçüyə sığmayan tərzdə missiyalarını yerinə yetirə bilməməsi, uzun illər həll edə bilmədikləri və yaxud, etmək istəmədikləri problemlərin çözülməsi üçün yerini başqa dövlətlərə boşaltmaq istəməməsidir. Əslində bu beynəlxalq dərəcədə proteksionizmdir. Özəl maraqların, ümumi bəşəri maraqları üstələməsi də beynəlxalq aləmdə müstəsna dərəcədə korrupsiyadır- deyərdim.
30 il ərzində Qarabağ münaqişəsinin həlli üçün TŞ-nin 4 qətnaməsi olsa da, Qətnamələrin icrasına səs verən dövlətlərin özü məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə cəsarət və siyasi qətiyyət göstərə bilmədilər, ona mane oldular. Minsk qrupu yaranandan bu günə kimi eyni dövlətlər de yure həll olunmuş məsələnin-süverenliyimizin bərpasına imkan vermədilər. Nəticədə hər iki tərəfdən böyük itkilər verməklə Azərbaycan öz ərazisinə sahib çıxdı. Məgər, Beynəlxalq hüquq belə diktə edirmi?Axı, oxuduğuma görə Beynəlxalq hüquq və onun vəzifəsi dövlətlər arasında münasibətləri tənzimləyən normaların məcmusundan  ibarətdir! Amma mühüm bir vəzifə tənzimlənmir.
Haşiyə çıxıram:Sovet imperiyası vaxtında belə hallar baş verirdimi? Niyəsi sizə məlumdur.
Tarixdən hamıya, Amerikanın özünə də bəllidir ki, ABŞ Koreya,Yaponiya, Vyetnam, hindulara və digər qara dərililərə qarşı genosid aktını törədib. Soyqırıma məruz qalmış millətlərin sayı milyonlarladır.
Baydenin Türkiyə-Osmanlı imperiyasının 1915 -ci ildə ermənilərə qarşı "Soyqırım"ın olduğu" ifadəsini işlətməsi qismən məhv olmuş millətlərin dövlətləri üçün presedent hüququnu yaradır.
Belə deyilmi,
Cənab səfir!
Baydenin halına acıdığı ermənilərin son 30 il ərzində Xocalıda, Kəlbəcərdə və digər Azərbaycan ərazilərindəki vandallıqları, dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər genosidin tərkibini yaratmırmı?Yaradır-deyirəm.
Onda niyə TŞ-ya üzv dövlətlər və Minsk qrupu bu ədalətsizliyin qarşısında bu gün də susqunluq nümayiş etdirir, faşist xislətlilərin yanında durur?Yəqin, "susmaq razılıq ifadəsidir"- anlamına uyğun davranırlar-ona görə.Təki belə olsun!
İnsan hüquq və azadlıqları heç bir dövlətin, Amerikanın və Avropanın da daxili işi deyil. Ya hamılıqla tanınan bəşəri dəyərləri hamı qorumalıdır, ya da dövlətlərin öz ixtiyarına buraxmaq lazımdır!
Cənab səfir!
Sizi, uzun illər narahat gecələr keçirən kosmopolit  bir xalqa tərəf döndərmək istəyən sadə vətəndaşın müraciətinə vaxt tapıb düşünəcəyinizə inanıram. Ona görə də öncədən məmnunluğumu bildirirəm.
Tanrı bütün dövlətlərə səmimi əməkdaşlıq nəsib etsin! İkili standartlardan uzaq olaq!Amin!
Sizə səmimi hörmət və ehtiramla;
 
"Polisə Dəstək" İctimai birliyin sədri, vətən müharibəsinin komandir-veteranı
Şəmsəddin Əliyev.


Xəbəri paylaş

1335 dəfə oxunub.

Digər xəbərlər