"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 198 uşaq ölüb, 355 uşaq güllə və qəlpə yarası alıb”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu tərəfindən yayılan məlumatda bildirilib.
Rəsmi məlumata görə, müharibə başlayandan indiyədək ümumilikdə 548 uşaq xəsarət alıb.
Uşaqlara daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət yetirilib.