Saytımızı qiymətləndirin


 
 

Modern.az-ın 13 yaşı tamam oldu
Tarix: 01-09-2022 | Saat: 09:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün Modern.az Xəbər Agentliyinin fəaliyyətə başlamasının 13 ili tamam olur.

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Modern.az bir media quruluşu olaraq ötən 13 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

Qarabaginfo.az saytı Modern.az ailəsini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq



Xəbəri paylaş

1176 dəfə oxunub.

Digər xəbərlər
5-05-2023, 11:59 İran SİLKƏLƏNDİ