Saytımızı qiymətləndirin


 
 

Faciə: 82 koronavirus xəstəsi yanaraq həlak oldu
Tarix: 26-04-2021 | Saat: 10:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

Faciə: 82 koronavirus xəstəsi yanaraq həlak oldu

Aprelin 25-də İraqın paytaxtı Bağdadda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 82 nəfər ölüb, 100 çox adam xəsarət alıb.

Qarabaginfo.az xəbər verir ki, Reuters və AFP-in yaydığı məlumata görə, anbarda oksigen balonu partlayıb. Xəstəxanada yanğından mühafizə sistemi olmayıb və həm də xəstəxanadakı matreallar tez alışan matreallar olub.

Məlumatlara görə, xəstələrin çoxu tənəffüs aparatlarından ayrılmalı olduqları üçün ölüblər.

Ölkədə üç günlük matəm elan edilib. Səhiyyə naziri müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Faciə: 82 koronavirus xəstəsi yanaraq həlak oldu


Xəbəri paylaş

1317 dəfə oxunub.

Digər xəbərlər