Tarix: 03-05-2024 | Saat: 14:32
Bölmə:Karusel / Dünya | çapa göndər
Gürcüstan hökuməti Fransa Xarici İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarının Tbilisidəki kütləvi toplantılara reaksiyası ilə bağlı bəyanatına cavab verib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, Gürcüstanda sərbəst toplaşmaq və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilir:
"Beləliklə, siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən zorakı qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, ən yüksək insan haqları standartlarına uyğun hərəkət edib.
Sizi Gürcüstandakı hadisələri yaxından izləməyə dəvət edirik. Bununla belə, bəyanatınızda obyektivlik olmadığı üçün təəssüf edirik".
Digər xəbərlər