Saytımızı qiymətləndirin


 
 

Real vəziyyəti əks etdirən XƏRİTƏ - Ermənilər Zəngəzur dəhlizinin əvəzinə... 
Tarix: 11-03-2021 | Saat: 15:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Real vəziyyəti əks etdirən XƏRİTƏ - Ermənilər Zəngəzur dəhlizinin əvəzinə... 

"Son vaxtlar müxtəlif mənbələr, daha çox Rusiyanın "Kommersant" nəşri və digər mənbələr müxtəlif xəritələr paylaşırlar və burada da regionda olan kommunikasiyalar göstərilir, həmin kommunikasiyaların bərpası ilə bağlı şərhlər verilir. Amma bu xəritələrdə göstərilən kommunikasiyalar dolğun deyil".

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, Ermənistan tərəfi təklif edir ki, İcəvan-Qazax dəmiryolu da var, Zəngəzur dəhlizindən istifadə etməyək:

"Həmin mənbələrin paylaşdıqları xəritələrdəki kommunikasiyalar regional müxtəlifliyi əks etdirmir, o cümlədən hazırda inşa olunan nəqliyyat xəttlərini göstərmir. Orada yalnız köhnə xəttləri göstərir, onun da bir qismini. Özü də həmin xəritələrdə daha çox dəmiryolu xəttləri göstərilir. 

Mən bu xəritəni tərtib edəndə burada həm hazırda inşa olunan dəmiryollarını, eyni zamanda avtomobil yollarını da göstərmişəm. Çünki avtomobil yolları region üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə də yükdaşınmaların böyük TIR-lar vasitəsilə həyata keçirilməsini nəzərə alaraq təbii ki, avtomobil yolları da bölgə üçün çox vacib nəqliyyat infrastrukturu hesab edilir. Ona görə, onları da qeyd etmək yaxşı olardı. Xəritədə konkret olaraq Ermənistanın baş nazirinin mətbuat xidmətinin rəhbəri belə bir şey deyib ki, güya müzakirə olunan məsələlərdə deblokada məsələləri (Zəngəzur dəhlizi) gündəmdə deyil. Bu, əslində belə deyil. Çünki biz çox gözəl başa düşürük ki, üçtərəfli bəyanatda (10 Noyabr) xüsusi bənd var ki, orada bu məsələ konkret göstərilib. Yaxşı, bu bənddə göstərilib ki, Naxçıvanla Azərbaycanın birləşməsini nəzərdə tutan yollar bərpa olunur, amma bir çox hallarda geniş ictimiyyət bu yolların haradan keçdiyi haqda təsəvvürə malik deyil. Xəritədə bu məsələlər əksin tapıb.

Burada nəinki Mehridən keçən dəmiryolu, eyni zamanda avtomobil yolları da göstərilib. Digər tərəfdən də Naxçıvan, Şahbuz, Gorus, Laçından keçməklə o yol gedir birləşir Xankəndi, Ağdam, Yevlağa qədər (Naxçıvan-Yevlax magistralı) uzanır. Bu xəritədə real vəziyyət göstərilir. Yəni hansı yollar var idi, hansı yollar bərpa olunur və hansı yollar indi inşa olunmaqdadır. İndi hansı istqamətdə işlər gedəcək, bunu üçtərəfli komissiyanın işi göstərəcək. 

Ermənilər deyirlər ki, İcəvan-Qazax dəmiryolu da var, gəlin onu bərpa edək, Zəngəzur dəhlizindən istifadə etməyək. Yeri gəlmişdən, bu xəritədə o yol da göstərilib, haradan başlayıb, hara qədər gedir. Hazırda bu istiqamətdə müzakirələr gedir. Müzakirələr göstərəcək ki, ilkin mərhələdə hansı yolların bərpası ilə bağlı addımlar atılacaq. Amma üçtərəfli bəyanatın məlum bəndində yazılıb ki, "bütün kommunikasiyalar açılır". Əgər bütün kommunikasiyalar açılırsa, o zaman bu xəritədə göstərilən bütün yollar açılmalıdır".

 

Real vəziyyəti əks etdirən XƏRİTƏ - Ermənilər Zəngəzur dəhlizinin əvəzinə... 


Xəbəri paylaş

1445 dəfə oxunub.

Digər xəbərlər