Saytımızı qiymətləndirin


 
 

Putin Sergey Lavrovun yenidən xarici işlər naziri təyin olunmasını təklif edib
Tarix: 13-05-2024 | Saat: 08:21
Bölmə:Karusel / Region | çapa göndər

 

Putin Sergey Lavrovun yenidən xarici işlər naziri təyin olunmasını təklif edib

Rusiya Prezidenti Vladimir Putin Sergey Lavrovun yenidən xarici işlər naziri təyin olunmasını təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasından bildirilib.

Ölkə liderinin əmri ilə Vladimir Kolokoltsevin yenidən Rusiya daxili işlər naziri postuna, Viktor Zolotovun yenidən Rosqvardiya rəhbərliyinə təyin olunmaları təklif edilib.

Bundan əlavə, Vladimir Putin Sergey Narışkinin Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə, Aleksandr Bortnikovun isə Federal Təhlükəsizlik Xidmətinin(FTX) rəhbəri vəzifəsinə yenidən təyin edilmələrini təklif edib.

Dövlət başçısı ölkənin Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi və Federal Mühafizə Xidmətinin əvvəlki rəhbərlərinin yenidən bu vəzifələrə təyin olunmalarını təklif edib.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər