Ana Sayfa > Karusel / Region > Putin Sergey Lavrovun yenidən xarici işlər naziri təyin olunmasını təklif edib
Putin Sergey Lavrovun yenidən xarici işlər naziri təyin olunmasını təklif edib13-05-2024, 08:21. Yazar: Admin |
Rusiya Prezidenti Vladimir Putin Sergey Lavrovun yenidən xarici işlər naziri təyin olunmasını təklif edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasından bildirilib. Ölkə liderinin əmri ilə Vladimir Kolokoltsevin yenidən Rusiya daxili işlər naziri postuna, Viktor Zolotovun yenidən Rosqvardiya rəhbərliyinə təyin olunmaları təklif edilib. Bundan əlavə, Vladimir Putin Sergey Narışkinin Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə, Aleksandr Bortnikovun isə Federal Təhlükəsizlik Xidmətinin(FTX) rəhbəri vəzifəsinə yenidən təyin edilmələrini təklif edib. Dövlət başçısı ölkənin Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi və Federal Mühafizə Xidmətinin əvvəlki rəhbərlərinin yenidən bu vəzifələrə təyin olunmalarını təklif edib. Geri dön |