Saytımızı qiymətləndirin


 
 

Ermənistanda azərbaycanlı adından istifadə edən şəxs saxlanılıb
Tarix: 15-02-2021 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ermənistanda azərbaycanlı adından istifadə edən şəxs saxlanılıb

Ermənistanda internet-manyak feysbukda saxta azərbaycanlı adı ilə qeydiyyatdan keçərək İkinci Qarabağ müharibəsində itkin düşən və ya guya Azərbaycanda əsir saxlanılan hərbçilərin qadın yaxınları ilə əlaqə quraraq çılpaq şəkil və videolar istəyib.

Qarabaginfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan həmin şəxs foto və videolar göndərilməyəcəyi halda əsir hərbçiləri öldürəcəyi ilə təhdid edib. Əxlaqsız tələblər irəli sürən şəxsin “tələsinə” düşənlər arasında 16 yaşlı qız da var. Bütövlükdə 10-a yaxın zərərçəkmiş müəyyənləşdirilib.

Bildirilib ki, həmin şəxs artıq saxlanılıb. Ermənistanda bu cür cinayət törədənləri 10 ildən 12 ilədək həbs cəzası gözləyir.Report



Xəbəri paylaş

1377 dəfə oxunub.

Digər xəbərlər