Saytımızı qiymətləndirin


 
 

Gürcüstan Prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Tarix: 26-08-2022 | Saat: 18:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstan Prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Sizi ad gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbrik edir, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfənizə görə Sizə təşəkkür etmək istərdim. Bizim sıx münasibətlərimiz ölkələrimiz arasında mövcud olan mehriban qonşuluq əlaqələrində də öz əksini tapır.

Siz Azərbaycanın inkişafı və güclənməsində xüsusilə vacib rol oynayırsınız. Sizin mədəniyyət və təhsil sahələrindəki səyləriniz və təşəbbüsləriniz bunun təcəssümüdür. Əminəm ki, bu nailiyyətlərin sayəsində gələcək nəsil özünün zəngin mədəniyyətini daha dərindən anlayacaq və qadın lider olaraq Siz gənc xanımlar üçün ilham mənbəyi olacaqsınız.

Zati-aliləri, bu əlamətdar gündə Sizə bir daha dərin ehtiramımı bildirir, ölkənizin dinc və firavan gələcəyinin təmin edilməsi işində uğurlar diləyirəm".



Xəbəri paylaş

1165 dəfə oxunub.

Digər xəbərlər