Saytımızı qiymətləndirin


 
 

Azərbaycan üçün şok tələb ola bilər: “Qarabağdakı ermənilərə özünü idarəetmə sistemi verilsin”
Tarix: 17-01-2022 | Saat: 21:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan üçün şok tələb ola bilər: “Qarabağdakı ermənilərə özünü idarəetmə sistemi verilsin”

"Türkiyə Ermənistan əlaqələrinin normallaşması üçün xüsusi nümayəndələr vasitəsilə Moskvada ilk görüş baş tutdu. Belə bir təmas Ankara tərəfindən reallaşır və Moskva prosesi əngəlləməsi mümkün görünmür. Əks təqdirdə Ankara-Moskva arasında münasibətlərdə problemlər yarana bilər".

Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. 

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi də belə bir görüşün keçirilməsini alqışlayıb:

"Türkiyə Ermənistan əlaqələrinin normallaşması ilkin şərt olmadan həyata keçirilməsi razılaşılıb.

Azərbaycan tərəfi də belə bir görüşün keçirilməsini alqışlayıb. Təbii ki, Türkiyə tərəfi Ermənistanla danışıqlarda Azərbaycanın maraqlarını nəzərə alır. Xüsusilə iki ölkə arasında sərhədlərin açılması ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə nəticələnməlidir. Bu da sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmalıdır. Məhz rəsmi Bakının da gözləntiləri bundan ibarətdir. Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə danışıqlar fonunda Zəngəzurda dəmiryolunun tikintisi üçün işçi qrupu yaratdı. Əgər, Ermənistan tərəfi danışıqlar prosesində ərazi bütövlüyünü tanımasa, yaxud Qarabağın dağlıq hissəsi istisna olmaqla tanıyarsa, danışıqlar çətin olacaq".

"Rusiya tərəfi Qarabağın etnik ermənilər yaşayan ərazisini delimitasiya və demarkasiya prosesindən kənar hesab edir. N. Paşinyan etnik ermənilərin yaşadığı ərazi olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması mümkündür. O halda ki, oradakı ermənilərə özünü idarəetmə sistemi verilsin. Türkiyə prosesdə var. Ankara Yerevanla bu məsələni müzakirə edir".



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər