Azərbaycan “Uşaq Avroviziyası-2023”də iştirak etməyəcək
Tarix: 29-08-2023 | Saat: 16:53
Bölmə:Karusel / Multimedia | çapa göndər
1897 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-08-2023 | Saat: 16:53
Bölmə:Karusel / Multimedia | çapa göndər

Avqustun 29-da “Uşaq Avroviziyası-2023” beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında yarışmada 16 ölkənin iştirak edəcəyi elan olunub.
Qarabaqinfo.az xəbər verir ki, Azərbaycan sözügedən siyahıda yoxdur.
Bu il müsabiqədə Estoniya debüt edəcək. Qazaxıstan 2018-ci ildən, Serbiya isə 2014-cü ildən bəri ilk dəfə “Uşaq Avroviziyası”nda iştirak etməyəcək.
Xatırladaq ki, bir müddət əvvəl “Eurofestivales” bloqu Azərbaycan nümayəndə heyətinin başçısı Vasif Məmmədova istinadən Azərbaycanın “Uşaq Avroviziyası”nda iştirakdan imtina etdiyini yazmışdı. İmtinanın səbəbi açıqlanmamışdı. İTV tərəfindən isə hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Azərbaycan sözügedən müsabiqədə ilk dəfə 2012-ci ildə, sonuncu dəfə isə 2021-ci ildə iştirak edib. 2022-ci ildə müsabiqə İrəvanda keçirilmişdi.
“Uşaq Avroviziyası” bu il noyabrın 26-da Fransanın Nitsa şəhərində keçiriləcək.
Xəbəri paylaş
Digər xəbərlər
8-08-2024, 12:51
Atasının qisasını alıb... - Mərdəkandakı qətlin təfərrüatı
16-01-2022, 13:10
Özbəkistan Qazaxıstanla sərhədlərini bağladı
6-05-2022, 18:31
Ermənistanın vaxtilə Qarabağda qanunsuz şərab istehsalı beynəlxalq təşkilatlarda qaldırılacaq
18-03-2022, 18:08
Azərbaycan bu il 17 ölkəyə 4,9 mln. ton neft ixrac edib
8-02-2026, 21:28
Abbas Əraqçi: Azərbaycan və digər 6 region ölkəsinin səylərini yüksək qiymətləndiririk
12-10-2025, 18:32
Nazirlər və generallar beynəlxalq assambleyada - FOTOLAR
10-03-2022, 16:04
İsrail Prezidenti: “Türkiyədəki icma yəhudilərin birlik nümunəsidir”
5-03-2026, 22:20
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pisləyib: Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır
30-06-2026, 16:12
Paytaxtda 7 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
















