Laçın rayon sakinlərinin Covid-19 epidemiyasına qarşı peyvəndləmə işləri davam edir.
Tarix: 13-02-2021 | Saat: 13:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1476 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-02-2021 | Saat: 13:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
İlkin olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasına vaksinlərin gətirilməsi təmin edilmişdir. Əvvəlcə tibb işçilərinin vaksinasiyasına başlanılmış, 21 yanvar 2021-ci il tarixdən başlayaraq ötən müddət ərzində peyvəndləmə prosesində tibb işçilərinin vaksinasiyası başa çatdrılmışdır.
Qarabaginfo.az xəbər verir ki, qanunvericiliyə uyğun olaraq tibb işçilərinin vaksinasiyası başa çatdırıldıqdan sonra, yaşı 65-dən yuxarı olan rayon sakinlərinin peyvəndləmə prosesinə başlanılmışdır.
Peyvənd üçün Laçın Rayon Mərkəzi Xəstəxanasında 5 xüsusi otaq ayrılmışdır. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansı problem yarana biləcək şəxslər üçün təcili tibbi yardım otağı da yaradılmışdır. Zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmiş həmin otaqlarda gün ərzində rayon sakinlərinin peyvəndləməsi aparılır. Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək Rayon Mərkəzi Xəstəxanasında quraşdırılan soyuducularda saxlanılır.
Peyvəndləmə prosesində iştirak edən rayon sakinləri onlara dövlətimiz tərəfindən göstərilən yüksək tibbi xidmətə görə ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.

Xəbəri paylaş
Digər xəbərlər
6-03-2022, 23:37
"Tik Tok" Rusiya ərazisi üçün canlı yayım funksiyasını dayandırır
25-11-2025, 08:24
Bakıdakı maşın bazarı Ağdama - Köçürüləcək
2-03-2022, 13:40
Kreml: “Rusiyanın nümayəndə heyəti bu axşam danışıqlara gələcək”
25-01-2022, 14:25
Türkiyəli nazir: “İstanbul hava limanı tezliklə uçuşlara başlayacaq”
13-04-2023, 15:49
“Nazirlik həmin videonu görməyib?” - Polkovnik DANIŞDI
15-03-2021, 19:47
Cavadov: "Laçının Meğri ilə dəyişdirilməsinin əleyhinə olduğumuzdan bizi təqib edirlər...”
4-12-2025, 10:34
İraqın rabitə naziri Hayam əl-Yasiri Bakıya səfər edib
13-02-2025, 15:48
Somali Prezidenti komando hərbi hissəsində olub







" style="width: 670px; height: 340px;">









