Saytımızı qiymətləndirin


 
 

Kirayə mənzil qiymətləri artacaq - SƏBƏB
Tarix: 11-02-2021 | Saat: 12:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kirayə mənzil qiymətləri artacaq - SƏBƏB

Ali təhsil müəssisələrində əyani təhsilin qismən bərpası ilə bağlı qərar Bakıda kirayə mənzil bazarında qiymətlərə hələki təsir göstərməyib.

Qarabaginfo.az-n məlumatına görə, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, hazırda kirayə mənzil bazarında hər hansı canlanma, aktivlik hiss olunmur.

Ekspet bildirib ki, hamı gözləmə mövqeyində dayanıb:

“Əlbəttə, əgər ali məktəblərdə təhsil bərpa olunarsa, kirayə mənzil bazarına da təzyiq çoxalacaq və bu da qiymətlərin artmasına səbəb olacaq”. (Trend)

Qeyd edək ki, fevralın 15-dən ali məktəblərdə praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.



Xəbəri paylaş

1376 dəfə oxunub.

Digər xəbərlər