Saytımızı qiymətləndirin


 
 

CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
Tarix: 30-09-2026 | Saat: 17:12
Bölmə:Karusel / Dünya | çapa göndər

CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb

ABŞ-ın İraqdakı “İnherent Resolve” əməliyyatı başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, sentyabrın 30-da ABŞ qoşunları İraqın Ərbil aviabazasını tərk edib və bununla da “İnherent Resolve” əməliyyatı başa çatıb.

Bildirilib ki, əməliyyatın qərargahı hazırda İordaniyada yerləşir və buradan Suriyada İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

Qeyd olunub ki, Ərbil aviabazasında 1500-ə qədər ABŞ və koalisiya hərbçisi İŞİD-lə mübarizədə iştirak edib.

Xatırladaq ki, 2014-cü ildə ABŞ-ın rəhbərlik etdiyi hərbi missiya İŞİD-ə qarşı əməliyyatlara başlayıb.

 



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər