Saytımızı qiymətləndirin


 
 

Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”
Tarix: 05-10-2018 | Saat: 13:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

 Milli Məclisin deputatı Fərəc Quliyev “ov”, “yev” soyad sonluqlarının götürülməsini təklif edib.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında F.Quliyev deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən bunu etmək lazımdır.

Deputat Aqil Abbas isə buna etiraz edib: “Soyadların sonluqların dəyişdirilməsi ilə bağlı məcburiyyət ola bilməz. Tutaq ki, mənim soyadım Abbasdır, amma nəslimdəki adamların soyadları Abbasovdur. Burada məcburiyyət niyə olsun ki?”

Spiker Oqtay Əsədov da F.Quliyevə sual ünvanlayıb: “Fərəc Quliyev, bəs niyə özün dəyişmirsən?!”



Xəbəri paylaş

660 dəfə oxunub.

Digər xəbərlər