Ana Sayfa > Karusel / Dünya > CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıbBu gün, 17:12. Yazar: Admin |
|
ABŞ-ın İraqdakı “İnherent Resolve” əməliyyatı başa çatıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Məlumata görə, sentyabrın 30-da ABŞ qoşunları İraqın Ərbil aviabazasını tərk edib və bununla da “İnherent Resolve” əməliyyatı başa çatıb. Bildirilib ki, əməliyyatın qərargahı hazırda İordaniyada yerləşir və buradan Suriyada İŞİD-ə qarşı mübarizəni davam etdirəcək. Qeyd olunub ki, Ərbil aviabazasında 1500-ə qədər ABŞ və koalisiya hərbçisi İŞİD-lə mübarizədə iştirak edib. Xatırladaq ki, 2014-cü ildə ABŞ-ın rəhbərlik etdiyi hərbi missiya İŞİD-ə qarşı əməliyyatlara başlayıb.
Geri dön |