Saytımızı qiymətləndirin


 
 

Əraqçi: ABŞ Hörmüz boğazının açılmasını istəyirsə, İranla memoranduma əməl etməlidir
Tarix: 26-09-2026 | Saat: 09:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

İranın xarici işlər naziri Abbas Əraqçi

 

ABŞ Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı İranla razılığa gəlmək istəyirsə, bir sıra şərtləri yerinə yetirməlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-də jurnalistlərə açıqlamasında bildirib.

“Bu addımlar yeni deyil. Onların hamısı memorandumda əksini tapıb”, – Əraqçi deyib.

O, Vaşinqton və Tehran arasında bu ilin yayında imzalanmış qarşılıqlı anlaşma memorandumunu nəzərdə tutduğunu bildirib. Sənəddə böhranın deeskalasiyası üçün bir sıra tədbirlər müəyyənləşdirilsə də, hazırda tərəflər həmin öhdəlikləri yerinə yetirmirlər.

Əraqçi xatırladıb ki, Tehran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün ABŞ-yə yeddi günlük plan təqdim edib. Onun sözlərinə görə, indi Vaşinqton bu təklifi qəbul edib-etməyəcəyinə qərar verməlidir.

“Əgər onlar, məsələn, sabah razılaşsalar, yeddi günlük müddətin hesablanması da sabahdan başlayacaq”, – İran XİN rəhbəri bildirib.

Əraqçinin sözlərinə görə, ABŞ təklif olunan plan çərçivəsində üzərinə düşən öhdəlikləri dörd-beş gün ərzində yerinə yetirə bilər və bundan sonra altıncı gün Hörmüz boğazında gəmiçilik bərpa oluna bilər.

İran tərəfinin planına əsasən, yeddi günlük proses həyata keçirildikdən sonra tərəflər hərbi qarşıdurmaya gətirib çıxaran problemlərin həllinə yönəlmiş danışıqlara başlaya bilərlər.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər
18-08-2022, 13:00 Sabah hava necə olacaq?