Tarix: 04-02-2021 | Saat: 13:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qarabaginfo.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
V.Süleymanov bu təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı.
Qeyd edək ki, V.Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
1994-2002-ci illərdə özəl təşkilatlarda çalışıb.
2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis; 2005-2018-ci illərdə özəl təşkilatlarda çalışıb.
2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifəsində işləyib.
21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyirdi.
Ailəlidir, 3 övladı var.
Digər xəbərlər