Ana Sayfa > Karusel / Gündəm > Minatəmizləmə Agentliyinin sədri vəzifəsinə təyinat olub - TƏRCÜMEYİ-HAL
Minatəmizləmə Agentliyinin sədri vəzifəsinə təyinat olub - TƏRCÜMEYİ-HAL4-02-2021, 13:08. Yazar: Admin |
Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Qarabaginfo.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. V.Süleymanov bu təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı. Qeyd edək ki, V.Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1994-2002-ci illərdə özəl təşkilatlarda çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis; 2005-2018-ci illərdə özəl təşkilatlarda çalışıb. 2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifəsində işləyib. 21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyirdi. Ailəlidir, 3 övladı var. Geri dön |