Saytımızı qiymətləndirin


 
 

Ərdoğan 4 saat yağış altında gözləyən ailəni yanına çağırdı– Körpəyə qızıl verdi
Tarix: 21-09-2026 | Saat: 15:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı Türk Mədəniyyət Evinin qarşısında onu qarşılayan Türkiyə vətəndaşları ilə görüşüb.

“Anadolu” agentliyinin məlumatına görə, Ərdoğan izdihamın arasında körpə uşağı görüb. Məlum olub ki, uşağın valideynləri prezidentlə görüşmək üçün 4 saat yağış altında gözləyiblər.

Ərdoğan bunun ardından mühafizəçilərdən ərazidəki səddin açılmasını istəyib və ailəni yanına dəvət edib.

Lakin körpə ətrafdakı böyük izdihamdan qorxaraq ağlamağa başlayıb. Ərdoğan uşağa qızıl sikkə hədiyyə edib və valideynlərindən körpəni üzməmələrini istəyib.

Uşağın atası Məhəmməd Ürkər ailənin Almaniyadan gəldiyini bildirib.

O, Ərdoğanla görüşü “təsvir olunmaz və çox duyğulu bir an” kimi qiymətləndirib.



Xəbəri paylaş

53 dəfə oxunub.

Digər xəbərlər