Suriyanın Hələb şəhərində sursat anbarında partlayış olub
Tarix: 21-09-2026 | Saat: 07:38
Bölmə:Karusel / Dünya | çapa göndər
42 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-09-2026 | Saat: 07:38
Bölmə:Karusel / Dünya | çapa göndər
Suriyanın Hələb şəhərinin cənubunda, əl-İys qəsəbəsi ətrafında Suriya ordusunun mövqelərindən birində güclü partlayış baş verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.
Partlayışların orduya məxsus silah və sursat anbarında baş verdiyi bildirilib. Davam edən partlayışlar səbəbindən xilasedicilərin hadisə yerinə çatmasında çətinlik yaranıb və əhaliyə əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Hələb qubernatorluğu xəstəxanaların və təcili yardım qruplarının hazır vəziyyətə gətirildiyini açıqlayıb. Partlayışlardan sonra Dəməşq-Hələb beynəlxalq avtomobil yolu da bağlanıb.
Məlumata görə, hadisə nəticəsində azı 4 nəfər yaralanıb. Partlayışın dəqiq səbəbi hələ açıqlanmayıb.
Xəbəri paylaş
Digər xəbərlər
13-07-2020, 16:01
XİN: Mülki əhali arasında itki yoxdur
22-05-2024, 23:05
Moskvada elektik qatarın iki vaqonu yanıb
6-10-2021, 17:13
Prezident Mahirə Adnayevanı icra başçısı təyin edib
20-08-2020, 11:29
Ölkədə qadağa qoyulsa da, restoranlarda 2 gündür toy edilir
22-01-2021, 17:42
İsrail Livana məxsus PUA-nı vurub
24-12-2022, 11:51
Çağırışçılara SMS göndərildi
24-11-2024, 09:34
KİV: Tramp Yaxın Şərqdə əsas danışıqçı olmaq niyyətindədir

















