Saytımızı qiymətləndirin


 
 

MKA: Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Tarix: 18-08-2026 | Saat: 20:28
Bölmə:Karusel / Kriminal | çapa göndər

MKA: Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb

Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alınıb.

Bu barədə Qarabaginfo.az-a Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadən xəbər verir.

"Müşahidələr göstərir ki, kiberhücumçular istifadəçi hesablarına icazəsiz girişi müxtəlif üsullarla həyata keçirirlər. Onlar xarici IP ünvanlarla yanaşı, trafikini Azərbaycan ərazisindən daxil olan legitim bağlantı kimi göstərmək və mümkün coğrafi məhdudiyyətlərdən yayınmaq məqsədilə Azərbaycan IP ünvanları təqdim edən "VPN" və proksi infrastrukturlarından da istifadə edirlər.

Kiberhücumların əsas məqsədi “Microsoft 365”, eləcə də digər e-poçt mühitlərinə icazəsiz giriş əldə etməklə qurum və təşkilatlara məxsus məxfi məlumatların, elektron yazışmaların və digər həssas məlumatların ələ keçirilməsindən ibarətdir", - məlumatda qeyd olunub.

Bununla əlaqədar, Milli CERT təşkilat və qurumlara istifadəçi hesablarının təhlükəsizliyini gücləndirmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə edir:

giriş loqlarının yoxlanılması, xüsusilə eyni gün ərzində həm xarici ölkələrdən, həm də Azərbaycan IP ünvanlarından qeydə alınmış girişlərin təhlil edilməsi;

eyni mənbədən çoxsaylı hesaba qarşı uğursuz giriş cəhdlərinin araşdırılması;

şübhəli uğurlu girişlərin müəyyən edilməsi;

bütün istifadəçi hesabları üzrə çoxfaktorlu autentifikasiyanın ("MFA") aktivləşdirilməsi.

Müşahidə olunan fəaliyyətlə əlaqələndirilən hücum indikatorlar ("IOC") aşağıdakılardır:

146.70.247[.]20

179.43.158[.]195

130.94.80[.]141

94.20.154[.]138

35.178.160[.]238



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər