Saytımızı qiymətləndirin


 
 

ABŞ Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində razılıq əldə edib
Tarix: 19-07-2026 | Saat: 13:46
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində razılıq əldə edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində prinsipial razılıq əldə edib.

Qarabaginfo.az xəbər verir ki, CNN-in məlumatına görə, razılaşma Ər-Riyada ölkə daxilində uranı zənginləşdirmək və istifadə olunmuş nüvə yanacağını yenidən emal etmək imkanı verə bilər.

Bu isə ABŞ-ın indiyədək müttəfiqləri ilə bağladığı nüvə sazişlərindən fərqli yanaşma kimi qiymətləndirilir.

Məlumata əsasən, saziş hələ qüvvəyə minməyib və Donald Trampın imzası, eləcə də ABŞ Konqresinin təsdiqi tələb olunur.

Ekspertlər xəbərdarlıq edirlər ki, uranın zənginləşdirilməsinə icazə verilməsi gələcəkdə nüvə silahının hazırlanması riskini artıra bilər.

Buna görə də sənədin beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmləri ilə müşayiət olunmasının vacibliyi vurğulanır.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər