Tarix: 02-07-2026 | Saat: 13:13
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ötən il Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanması regionda onilliklər boyu atılan ən mühüm addım idi.
Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
Aİ lideri bildirib ki, ötən il Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanması tarixi hadisədir.
“Bu, Cənubi Qafqaz regionunun onilliklər boyu atdığı ən mühüm addım idi. Bu dediyim Türkiyə ilə davam edən normallaşma prosesinə də aiddir. Belə qərarlar siyasi cəsarət və liderlik tələb edir. Mən əminəm ki, həmin qərarların mükafatı çox böyük olacaq. Sərhədləri açmaq Ermənistanın ticari gələcəyini dəyişəcək. Biz bu baxışı reallığa çevirmək üçün sizə dəstək olacağıq”, - Ursula Fon der Lyayen vurğulayıb.
Digər xəbərlər



















