Böyük Britaniya milli terror təhlükəsi “ciddi” səviyyəyə qaldırıb.
Qarabaginfo.az bildirir ki, bu barədə Reuters agentliyi məlumat verir.
Şimali Londonda baş verən antisemit bıçaqlanma hadisəsindən sonra terror hücumunun ehtimalının yüksək olduğu vurğulanır.
Daxili İşlər Naziri Şabana Mahmud çərşənbə günü Qolders Qrin şəhərində baş verən hücumdan sonra təhlükə səviyyəsinin “əhəmiyyətli” səviyyədən qaldırıldığını bildirib.
O, əlavə edib ki, bu qərar təcrid olunmuş bir hadisə deyil, daha geniş və artan təhlükəni əks etdirir.


















