Tarix: 26-04-2022 | Saat: 20:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı Apellyasiya Məhkəməsində "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun şikayəti ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.
Qarabaginfo.az-ın xəbərinə görə, hakim Cavid Hüseynin sədrlik etdiyi iclasda elan olunmuş qərara əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.
Təqsirləndirlilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Təqsirləndirlilən şəxs hökmdən narazı qalaraq apellyasiya şikayəti vermişdi.
Digər xəbərlər