Saytımızı qiymətləndirin


 
 

Tramp Epşteynlə bağlı sənədlərin açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb
Tarix: 20-11-2025 | Saat: 10:10
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin dərcini tələb edən qanun layihəsini imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə The Hill məlumat yayıb.

Məlumata görə, Tramp Ədliyyə Nazirliyinə Epşteynlə bağlı məxfi olmayan bütün sənəd və qeydlərin açıqlanması barədə rəsmi tapşırıq verib.

Qeyd edək ki, maliyyəçi Ceffri Epşteyn 2019-cu ilin iyulunda həbs edilib.

Nyu-York ştatının Prokurorluğu iddia edib ki, o, 2002-2005-ci illərdə Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qız gətirib, onlardan ən kiçiyi 14 yaşında olub.

Epşteynin tanışları arasında keçmiş dövlət başçıları, iş adamları və məşhurlar da daxil olmaqla, ABŞ-dən və xaricdən çoxsaylı nüfuzlu şəxslər olub.

Həmçinin, hazırkı Prezident Donald Trampın da Epşteynin təşkil etdiyi məclislərdə iştirak etdiyi iddia olunur.

10 avqust 2019-cu ildə Epşteyn həbsxanada intihar edib və bundan sonra cinayət işi dayandırılıb. Buna baxmayaraq hadisə və onun əlaqələri barədə sənədlər ABŞ ictimaiyyətində hələ də böyük müzakirə mövzusu olaraq qalır.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər