Saytımızı qiymətləndirin


 
 

CNN: Hindistan vətəndaşlarının olduğu tanker Oman sahillərində hücuma məruz qalıb
Tarix: 08-06-2026 | Saat: 19:54
Bölmə:Karusel / Dünya | çapa göndər

CNN: Hindistan vətəndaşlarının olduğu tanker Oman sahillərində hücuma məruz qalıb

Oman sahillərində Madaqaskar bayrağı altında üzən və 24 Hindistan vətəndaşının olduğu “Marivex” tankerində yanğın qeydə alınıb.

Bu barədə “Reuters“ Hindistanın Gəmiçilik Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik rəsmisi Opeş Kumar Şarma mətbuat konfransında bildirib ki, tanker yük daşımayıb.

“Hazırda bütün hindistanlı dənizçilər təhlükəsizdir. Onların təhlükəsizliyini təmin etmək üçün Xarici İşlər Nazirliyi, Hindistanın xaricdəki diplomatik nümayəndəlikləri, Hindistan Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyi ilə koordinasiyalı işləyirik”, — Şarma bildirib.

CNN isə ABŞ sanksiyaları altında olan gəminin Oman sahillərində hücuma məruz qaldığına dair məlumat yayıb. Telekanalın məlumatına görə, hücumun ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər