Saytımızı qiymətləndirin


 
 

KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tarix: 06-06-2026 | Saat: 09:10
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və iş adamı Cared Kuşner

 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner İranla aparılan danışıqlar çərçivəsində Tennessi ştatındakı Oak Ridc Milli Laboratoriyasında məsləhətləşmələr keçiriblər.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Oak Ridcdə keçirilən görüş Vaşinqton və Tehran arasında razılaşmanın mütləq əldə olunacağı anlamına gəlmir. Bununla belə, bu addım danışıqların ciddi mərhələyə daxil olduğunu və tərəflərin mümkün nəticələrə hazırlaşdığını göstərir.

“Bu, razılaşmanın baş tutacağı demək deyil. Lakin danışıqların çox ciddi mərhələdə olduğuna, uğur əldə etmək üçün real imkanların mövcudluğuna və buna hazır olmaq istədiyimizə işarədir”, – deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.

Məqalədə qeyd olunur ki, Uitkoff və Kuşner Oak Ridcdə daha əvvəl Omanda İranla aparılan danışıqlarda iştirak etmiş nüvə mütəxəssisləri ilə də görüşüblər.

ABŞ rəsmisinin sözlərinə görə, məsləhətləşmələrdə İranla mümkün razılaşmanın texniki aspektlərinin həyata keçirilməsi üzrə təcrübəyə malik aparıcı amerikalı nüvə mütəxəssisləri iştirak ediblər.

 



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər
28-09-2024, 16:23 Bakıda obyekt yanır