Məşhur şoumen Mehmet Əli Ərbilin həbsi istənilib.
Qarabaginfo.az xəbər verir ki, şoumeni sosial media fenomeni Ece Ronay Bilir məhkəməyə verib. Belə ki, Ece Əli Ərbilin ona qeyri-etik mesajlar göndərdiyini əsas gətirərək, onun həbs edilməsini tələb edib.
Anadolu 67-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda Ece Ronayın vəkili də Ərbilin 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qərar qəbul olunması üçün iclas fevralın 10-na təxirə salınıb.