Saytımızı qiymətləndirin


 
 

Xudatda yanğın: Yollarda postlar quruldu
Tarix: 17-08-2022 | Saat: 17:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xudatda yanğın: Yollarda postlar quruldu

 


Xaçmazın Xudat şəhəri ərazisində baş verən yanğınla bağlı nəqliyyatın təhlükəsiz hərəkət eməsi üçün yollarda postlar qurulub.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, Xudatın "4-cü şöbə" adlanan ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğın genişlənərək meşə massivinə keçib.

Yanğın 30 hektara yaxın ərazini əhatə edir və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə muvəqqəti postlar qoyulub.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, texnikaları və canlı qüvvəsi cəlb edilib.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər