Saytımızı qiymətləndirin


 
 

Şamaxıda Quşçu palçıq vulkanı püskürüb
Tarix: 24-01-2021 | Saat: 09:34
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Şamaxıda Quşçu palçıq vulkanı püskürüb - EKSKLÜZİV

"Bu gün saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı- Quşçu palçıq vulkanı püskürüb".

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub:

"İlkin məlumata əsasən püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı 3 qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək".

Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.



Xəbəri paylaş

1373 dəfə oxunub.

Digər xəbərlər