Ana Sayfa > Karusel / Multimedia > Şamaxıda Quşçu palçıq vulkanı püskürüb
Şamaxıda Quşçu palçıq vulkanı püskürüb24-01-2021, 09:34. Yazar: Admin |
"Bu gün saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı- Quşçu palçıq vulkanı püskürüb". Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib. O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub: "İlkin məlumata əsasən püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı 3 qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək". Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir. Geri dön |