Saytımızı qiymətləndirin


 
 

Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
Tarix: 23-04-2026 | Saat: 12:28
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

 

Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO

Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Bu tədbirlərdən biri kimi metronun “Koroğlu” stansiyasından Bakı-Qazax şosesinə, “20 Yanvar” dairəsinə daxil olmadan hərəkət etmək mümkün olacaq. 2025–2030-cu illəri əhatə edən dövlət proqramına əsasən icra olunan 25 layihədən biri də Bakı Dairəvi-1 avtomobil yolu ilə Ziya Bünyadov prospektinin birləşdirilməsidir. Layihəyə əsasən, bu birləşmə Biləcəri enişi vasitəsilə həyata keçiriləcək. Layihənin təxminən 4 il ərzində icrası nəzərdə tutulur. Bununla həm vaxt itkisi azalacaq, həm də paytaxtın mərkəzi küçələrində nəqliyyatın yükü yüngülləşəcək. Bundan əlavə, Abay Kunanbayev küçəsi ilə Çinarli yaşayış massivinin birləşdirilməsi də planlaşdırılır. Bu məqsədlə ərazidə, “Dərnəgül” deposunun altından keçən tunelin inşası nəzərdə tutulur. Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

Ətraflı reportajda:



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər