Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 7 nəfər zəhərlənmədən ÖLÜB
Tarix: 05-09-2023 | Saat: 10:06
Bölmə:Karusel | çapa göndər

Azərbaycanda 7 nəfər zəhərlənmədən ÖLÜB

 

Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib.

 

Mərkəzin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından 1-i anaflaksiyadan zəhərlənib. Digərlərindən 4-ü allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

 

Həmçinin onlardan 16 nəfəri ilan, 1-ni isə həşərat sancıb.

 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib.



Xəbəri paylaş

103 dəfə oxunub.

Digər xəbərlər