Saytımızı qiymətləndirin


 
 

Belaruslu nazir Nensi Pelosinin səfərinə etiraz etdi - Ermənistanı qəzəbləndirdi
Tarix: 30-09-2022 | Saat: 14:01
Bölmə:Gündəm | çapa göndər

Belarusun xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərinə etirazı Ermənstanda narazılıq doğurub.

Qarabaginfo.az xəbər verir ki, Belarusun İrəvandakı səfiri Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Daha əvvəl Vladimir Makey ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin mövcud münaqişələri daha da gərginləşdirdiyini bildirib.

Bununla əlaqədar Belarusun Ermənistanda səfiri  Aleksandr Konyuku Xarici İşlər Nazirliyinə dəvət esən rəsmi İrəvan nazirin yuxarıda qeyd olunan bəyanatı ilə bağlı erməni tərəfinin narahatlığı və şərhlərini ona çatdırbıb.

Xatırladaq ki, Nensi Pelosi sentyabrın 17-dən 19-dək Ermənistanda olub.



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər