Saytımızı qiymətləndirin


 
 

Ukrayna bu ay 6500 hərbçi itirib - Şoyqunun İDDİASI
Tarix: 07-02-2023 | Saat: 14:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna bu ay 6500 hərbçi itirib - Şoyqunun İDDİASI

"Bu ilin ilk ayı ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 6500-dən çox olub".

 

Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib.

 

Şoyqu iddialarını belə davam etdirib: "2023-cü ilin yanvar ayında Ukrayna Silahlı Qüvvələri 26 təyyarə, 7 helikopter, 208 pilotsuz uçuş aparatı, 341 tank və digər zirehli texnika, 40 döyüş maşını itirib".

 

"ABŞ və müttəfiqləri ağır hücum silahları verməklə Ukraynadakı münaqişəni mümkün qədər uzatmağa çalışır. Onlar açıq şəkildə Ukraynanı Rusiya Federasiyasının ərazilərini ələ keçirməyə çağırır. Bu hərəkətlər NATO ölkələrini münaqişəyə cəlb edir və onun eskalasiyasının gözlənilməz həddə çatmasına gətirib çıxara bilər", - deyə nazir bildirib.

 

O, Uqledar və Baxmutda döyüşlərin getdiyini əlavə edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər