Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib -  RƏSMİ
Tarix: 24-02-2020 | Saat: 16:36
Bölmə:Karusel / Sosial | çapa göndər

Hafiz Heyderov adlı şəxsin şəkli.

Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

"Qarabaginfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, onlar 1995-ci il təvəllüdlü Azərbaycan və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır.

Qeyd edilib ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir. 



Xəbəri paylaş

428 dəfə oxunub.

Digər xəbərlər