Saytımızı qiymətləndirin


 
 

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri ölkəmizi dünyada tolerant, dinlər arası münasibətləri qoruyan dövlət kimi tanınmasına səbəb olmuşdur".
Tarix: 07-04-2021 | Saat: 11:14
Bölmə:Gündəm | çapa göndər

          “Heydər Əliyev İrsi : Azərbaycanda dövlət din münasibətləri”

Azərbaycan qədim dövürlərdən  bir çox dinlərin mövcüd olduğu (yayıldığı) sülh, əmin-amanlıq  şəraitində insanların yaşadığı yer olmuşdur. Ayrı ayrı dinlərin mənsub olduqları insanlar heç bir zaman ayrı seçgiliyə məruz qalmamışdılar bu məkanda. Azərbaycan multikultural ölkə olmaqla dövlət-din münasibətlərində nümunəvi ölkə olaraq ön plana çıxmışdır. Və bir çox beynəlxalq səviyyəli konfransların keçirildiyi ölkədir.Ulu Öndər Heydər Əliyevin irsinin bir çox sahələrdə mühüm rolu olduğu kimi dövlət-din sahəsində əhəmiyyətli yeri vardır. “Dini ehtiqat azadlığı haqqında qanun” a görə dövlət-din münasibətlərinin tənzimlənməsi həyata keçirilməyə başlamış və konsititusiyada bu prinsiplər aydın olaraq müəyyənləşdirilmiş, insanların dini etiqadının azad şəkildə həyata keçirilməsinə şərait yaradılmışdır “vicdan və dini etiqat azadlıq”larına görə hər kəs isdənilən dinə tək və yaxud başqaları ilə birgə etiqat etmək hüququna malikdir.Azərbaycandakı bütün dini qurumların fəaliyyəti vahid hüquqi əsasla tənzimlənir .Sovet dönəmində dövlət –din münasibətlərində ziddiyət olduğundan bir çox halların mövcudluğu, ibadət yerlərinin bağlanması, qadağalar, dindarların, din xadimlərinin həbs olunması. Hətta öldürülməsinə dair çoxlu faktlar mövcuddur. Müsdəqillik əldə etdikdən sonra dövlət-din münasibətləri yeni bir prinsip üzərindən yaranmağa başladı bütün bunun əsasını Ulu Öndərin apardığı din-dövlət siyasətinin nəticəsi olaraq qəbul etməliyik. Milli dini dəyərlərin qorunması dinimizə digər dinlərədə eyni münasibətin olması Azərbaycanda insanların birgə, azad olaraq (dinindən, irqindən) yaşamaları bütün dünyaya örnəkdir.Konstitusiyanın 18 maddəsində  Azərbaycan Respublikasının sekulyar din-dövlət münasibəti açıq aydın şərh olunur. Bütün dini ehtiqatlar qanun qarşısında bərabərdir. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Dini cərəyanların yayılması və təbliği qadağandır. Təhsil sistemi dünyavidir. Dövlət dini işlərə qarışmır. Konstitusiyaya görə rəsmi din və dövlət dini yoxdur. Cəmiyyətin stabil yaşayış tərzinn formalaşmasında dövlət-din münasibətlərinin sağlam bir şəkildə olması vacib şərtlərdən biridir.

Dövlət din modelləri bir çox ölkələrdə mövcuddur ki, onlardan ən məqbulu Azərbaycan modelidir.İnsanların dini inanclarını doğru olaraq həyata keçirilmələrindən ötrü onların maarifləndirilməsi, xurafatdan, bidət və sayr zərərli vərdişlərdən uzaq olmaları cəmiyyətin sağlam ruhda olmasına yardım edir. Radikal düşüncəli, xaricdə təhsil almış “dindarların” bilərəkdən yaşadıqları mühüti qarışdırmağa hər zaman gizlin və bəzən açıq olaraq fəaliyyət gösdərmələri dövlətə, dinimizə zərbə vurmaq kimi iyrənc əməllərinin qarşısının alınmasında tədris müəssisələrinin yaradılması düzgün olaraq ehtiqat etmələrində mühüm rol oynayır. Azərbaycan müsdəqillik qazandıqdan sonra Ulu Öndərin Dövlət –din siyasətinin həyata keçirilməsində mədrəsə, ali təhsil verən universitet, ilahiyyət insitutunun yaradılması, Quran kurslarının  fəaliyyəti dövlət-din münasibətlərinin möhkəmlənməsinə xidmət etməsi demıəkdir.Bu yöndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı məqsədyönlü işlər təqdirə laiqdir.“Dini etiqad azadlığı haqqında” qanuna görə dini qurumların mövcud formalarına əsasən dini mərkəz, idarə, dini təhsil və dini icma olaraq fəaliyyət göstərir. Dini qurumlar öz mərkəzləri vasitəsi ilə təmsil olunurlar, hansiki İslam dini qurumları QMİ-də birləşir və ona tabe olurlar. Dini icmaların maliyələşdirilməsi din-dövlət münasibətlərinə köklü təsir edən məsələlərdəndir.Azərbaycanda könüllü ianələr və dövlət yardımları vasitəsi ilə dini icmalar maliyyələşir. Dini icmanın nizamnaməsinə əsasən  dini icma gəlir gətirən fəaliyyətlə məşğul ola bilər praktikada dini qurumlara yardımının bir neçə formada həyata keçirilməsi vardır. Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan ayrılan yardımlar və Prezitent tərəfindən  birbaşa təyinatlı yardımlar olmuşdur.2017-ci ildə “ İslam həmrəliyi” ili ilə bağlı tədbirə ayrılan vəsait, dini icmalara, dini marifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə, dini icmalara maliyyə yardımını buna misal çəkmək olar.10 oktyabr 2017-ci ildə cənab Prezidentin fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun  yaradılması və fond vasitəsilə din xadimlərinə maddi yardımın verilməsi davam etdir.

Azərbaycan Respublikasında dövlət ibadət yerlərinin təmiri, inşası və saxlanılması ilə bağlı xərcləri özü edir və həmçinin qeyri İslam ibadət yerlərinədə maddi yardım göstərir. Məscidləri qaz yanacağı ilə pulsuz təmin edir.Dövlət-din münasibətlərinin  əməkdaşlıq modeli formasında mövcud  olması həqiqətən nümunəvi sayılır.Azərbaycanın dünyada qüdrətli bir ölkəyə çevrilməsinə mane olan amillərdən biridə Qarabağ məsələsidir. Tarix boyu erməni vandalları özlərinin torpaqları olmadığı halda kimlərəsə sığınaraq torpaqlarımızı qəsb etmələri, insanlığa sığmayan hərəkətləri sayəsində millətimizə xalqımıza qarşı genosid  siyasət aparmaları, onların yalnız yeganə düşməni bizik. Bizləri hər daim məhv etməyə səy göstərmələri Azərbaycanı zəyiflətməyə çalışmaları daha doğrusu inkişafımıza əngəl olmuşdular.Son  otuz ildə başımıza erməni faşistlərinin açdığı  oyunlar göz qabağındadır 44 günlük  Vətən müharibəsinin qalibiyyətlə nəticələnməsi  ölkə Prizidenti cənab İlham Əliyev başda olmaqla xalqla birlikdə torpaqlarımızın işğaldan azad olunması onu göstrdiki haq işi sonda zəfər çalır. Qarabağda erməni vandalları bir çox abidələri məscidləri yaşayış yerlərini yerlə yeksan etmişdilər. Möhtərəm Prezidentin Qarabağa, Şuşa şəhərinə səfəri zamanı bütün bunların yenidən tikilıcəyini  xalqa bildirmiş daha da gözəl olanı edəcəıyini söyləmişdir. Dövlət-din münasibətlərinin möhkəmlənməsi baxımından dini bayramlardan olan Ramazan və Qurban bayramlarının dindarlar tərəfindən gözəl bir şəkildə bayram etmələri üçün hər cür şərait yaradılmışdır. Beş vaxt namazın azanlarının verilməsi azad formada ibadət etmək  şəraitinin yaradılması insanları bir daha vətənə, dövlətə sədaqətli olmasına ruh verir. İki məzhəbin birgə namaz qılmaları üçün Heydər məscidinin tikilib dindarların isdifadəsinə verilməsi  onları bir birinə daha da yaxınlaşdırmaq, ölkədə sabit abu hava olmasına dəlalət etməsi Heydər Əliyev İrsinin nəticəsidir. Dini icma olaraq panidemiya dövründə din  xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Dünyanı sarsıdan bu virusun fəsadlarının aradan qaldırılmasından ötrü ondan qorunmağın yollarını hansıki dövlət başcısı tərəfindən hər daim göstərilən qayğı məscidlərin  ibadət yerlərinin nəyə görə bağlanmasının səbənlərinin əsaslı olaraq dindarlara izah edirik. İbadət zamanı namaz qılarkən səccadə üzərinə əyilərək  alın və burnumuz dodaqlarımız daim təmasda olduğundan virusun insana daha tez yoluxması ehtimalı olduğunu bildiririk. Virusun altı- doqquz saat  yaşaya biləcəyi olduğundan orada namaz qılan kəslərin buna yoluxmamaları tibbi nökteyi nəzərdən onlara başa salınır, bu da dövlətin insanların sağlamlığının qayğısına necə qaldığına bir misaldır. Ulu Öndərin dövlət-din münasibətləri sahəsində  gördüyü işlərin davamı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam  etdirilməsi o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri ölkəmizi dünyada tolerant, dinlər arası münasibətləri qoruyan dövlət kimi tanınmasına səbəb olmuşdur.  Dövlət-din münasibətləri mövzusunda bir çox alim və yazarlar, siyasət adamları öz sözünü demişdir. Ona görədə mənim yazdıqlarımı oxuyanlara minnətdarlığımı bildirirəm.

 

  Zaqatala rayonu Çobankol kənd

“Cümə” məscidi dini icmasının sədri:      Nurullayev Məhəmməd Misir oğlu

  

04.04.2021-ci il.



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər