“Nikosayağı” xəstəxanadan evə buraxıldı
Tarix: 11-09-2023 | Saat: 16:48
Bölmə:Karusel / Multimedia | çapa göndər
1786 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-09-2023 | Saat: 16:48
Bölmə:Karusel / Multimedia | çapa göndər
Ötən ay ağır yol-nəqliyyat hadisəsi zamanı bir qolunu itirən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli xəstəxanadan çıxıb.
Qarabaqinfo.az xəbər verir ki, onun dünən xəstəxanadan evə buraxıldığı bildirilir.
Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Ətraflı
Belə ki, bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş
Digər xəbərlər
12-11-2020, 16:05
Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq
22-11-2025, 21:32
Ötən gün yanğının baş verdiyi binanın sakinləri hələ də evlərinə buraxılmayıb - FOTO
11-01-2024, 17:47
Görkəmli sovet aktyoru Yuri Solomin vəfat edib
13-04-2023, 16:04
Azərbaycanda 100 min manata qıfıl satılır - FOTOLAR
21-08-2021, 15:43
Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
19-07-2026, 13:08
Rubio Kubaya çağırış edib
15-08-2024, 00:09
Bu partlayışların nəticəsindən asılı olmaraq... - Almaniya
22-04-2022, 11:59
Prezident: "Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq"
5-11-2019, 17:42
“Bakı Metropoliteni” yeni qatarlardakı uyğunsuzluqlarla bağlı “Transmaşholdinq”ə məktub hazırlayıb - EKSKLÜZİV
9-06-2022, 18:36
Vergi Məcəlləsinə dəyişikliklər edildi















