Saytımızı qiymətləndirin


 
 

KİV: Ərdoğan Praqada Paşinyanla Zəngəzur dəhlizini müzakirə edəcək
Tarix: 04-10-2022 | Saat: 11:01
Bölmə:Manşet | çapa göndər

Ərdoğan, Paşinyan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu barədə bu gün Türkiyənin “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, görüş zamanı Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, müzakirələrin məhz Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparacaq.

Qəzetin xəbərinə görə, Türkiyə liderinin erməni Baş nazirə regionda daha çox gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdırması gözlənilir.

Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı bildirilib.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər