“Aztelekom” MMC-nin baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.
Qarabaginfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.
Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib.