Ziya Məmmədovun bacısı ilə bağlı ƏSL HƏQİQƏT (VİDEO)
Tarix: 21-09-2017 | Saat: 12:53
Bölmə:Gündəm | çapa göndər

770 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-09-2017 | Saat: 12:53
Bölmə:Gündəm | çapa göndər

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılmasının əsl səbəbi üzə çıxıb.
Qarabağinfo.az xəbər verir ki, bununla bağlı Bilik Günündə Lider TV-də xüsusi sujet də hazırlanıb. Belə ki, Nərimanov rayonunda yerləşən "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.
Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini Lider TV əməkdaşına deyiblər.
Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb.
Qeyd edək ki, dünən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən azad edilib. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir.
Xəbəri paylaş
Digər xəbərlər
17-04-2022, 16:09
Ukraynaya zirehli texnika veriləcək - Conson
13-02-2022, 09:11
Partlayış baş verdi: Dünya savaşı da belə başlamışdı Ana səhifə Siyasət
1-10-2021, 15:14
Ermənistan Baş Qərargah rəisinin müavini tutulub
31-05-2022, 17:24
İyunda 40 dərəcə isti olacaq - Aylıq proqnoz
28-06-2025, 16:21
AEBA əməkdaşları İrandakı nüvə obyektlərinə buraxılmayacaq
27-02-2023, 10:40
Cenevrədə BMT-nin vacib toplantısı - Nələr müzakirə olunacaq?
30-08-2021, 14:48
Azad olunan ərazilərdə daha 108 mina aşkarlanıb
10-01-2022, 11:15
Azərbaycan komandoları təlim-məşqləri keçirib
4-02-2021, 16:59
İ Vaqif Əsədov: “Tələbləri pozan 100-dən çox taksi, 80-ə yaxın avtobus sürücüsü cərimələnib”
16-01-2022, 18:53
İncədən CHP-yə: Ərdoğan soruşsa, nə cavab verəcəksən?!







" style="width: 670px; height: 340px;">









