Saytımızı qiymətləndirin


 
 

Prezident: “Aparıcı beynəlxalq təşkilatların yeni reallıqları qəbul etməsi çox vacibdir”
Tarix: 29-04-2022 | Saat: 10:46
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

Prezident: “Aparıcı beynəlxalq təşkilatların yeni reallıqları qəbul etməsi çox vacibdir”

“Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək planlarımız barədə sizə məlumat verilib”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Planlar həqiqətən də böyük miqyaslıdır və büdcəmizdən maliyyə vəsaiti ayıraraq, öz imkanlarımız hesabına və beynəlxalq şirkətlərin dəstəyi ilə həyata keçirilir. Bununla yanaşı, keçən il aprel ayında görüşdüyümüz və müzakirə etdiyimiz vaxtdan bəri qarşımızda duran mühüm vəzifələrdən biri yeni reallıqları gücləndirmək və regiona baxışımızı, öz iddiamızı təqdim etmək və aparıcı beynəlxalq təşkilatlarla işləmək idi. Həm də beynəlxalq ictimaiyyətin, aparıcı beynəlxalq təşkilatların yerlərdə yeni reallıqları qəbul etməsi çox vacibdir”, - dövlət başçısı vurğulayıb.



Xəbəri paylaş

202 dəfə oxunub.

Digər xəbərlər
7-04-2022, 11:32 Rubl yenidən bahalaşıb