Saytımızı qiymətləndirin


 
 

Zabuxdakı  ermənilərdən yeni hoqqa - "Kənd alternativ dəhlizə salınsın!.."
Tarix: 08-08-2022 | Saat: 11:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Zabuxdakı  ermənilərdən yeni hoqqa -
"ABŞ və Fransa prezidentlərinə ünvanlanmış bu tələb Azərbaycanın müvafiq qurumları və ictimaiyyəti tərəfindən əsasən 3 qanuni və məntiqi aspketlə dərhal susdurulmalıdır…"
"Onu da vurğulamaq gərəkdir ki, alternativ yol Zabux kəndindən hayların dediyi kimi, 1200 metr yox, ən azı, 3 km məsafədən keçir..."
 
Azərbaycan Respublikası Laçın rayonunun 1992-ci ildə işğal edilmiş Zabux kəndində qanunsuz məskunlaşmış haylar “məcburi köçürmə ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmək” xahişi ilə Fransa və ABŞ prezidentlərinə müraciət ediblər. Onlar kəndin cəmi1200 metr  məsafədən keçən alternativ nəqliyyat dəhlizinin zonasına daxil edilməsini tələb ediblər.
 
Qarabaginfo.az xəbər verir ki, bu haqda “Hayknews” nəşri məlumat yayıb.
Məlumata görə, “milli demokratik qütbün erməni şurası” adlanan təşkilat sosial şəbəkələrdəki səhifəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Co Baydenə müraciət edən Zabux kəndinin 56 qanunsuz sakininin "Axavno kəndini yeni dəhliz zonasına daxil etmək üçün aktiv və dərhal müdaxilə və vasitəçilik [...]" tələbi ilə məktubunu dərc edib. Məktub müəlliflərinin fikrincə, əks halda onları evlərindən qovulmaqla hədələyirlər və bu, humanitar fəlakətə səbəb olacaq. Məktub müəllifləri qeyd ediblər ki, yeni dəhliz onların kəndinin cəmi 1200 metrliyindən keçir.
 
Zabuxdakı haylar Ermənistanın və Xankəndindəki separatçı-terrorçu rejimin  rəhbər orqanlarından  “Axavno kəndinin yeni dəhlizə” – Kiçik Qaladərəsi- Kornidzor-Gorus yolu zonasına daxil edilməsi üçün “dərhal bütün tədbirləri görməyi” tələb ediblər.
 
Separatçı rejimin qondarma “turizm və mədəniyyətin inkişafı agentliyi”nin rəhbəri Sergey Şahverdyan sosial şəbəkələrdə Laçın yoluna alternativ yolun haradan keçdiyini və Zabux kənidinin həmin yola nə qədər yaxın yerləşdiyini göstərən xəritə dərc edib. 
 
Zəruri şərh: 
 
Bu haqsız və qanunsuz tələbi yerindəcə susdurmaq gərəkdir. Əsas 3 qanuni və məntiqi aspekti vurğulamaq lazımdır. 
 
Birincisi, Laçın rayonunun Zabux kəndi Azərbaycan Respublikasının beynəlxalq təşkilat və dövlətlər tərəfindən, o cümlədən hələ 1991-ci ildə Ermənistanın özü tərəfindən tanınmış suveren ərazisinin ayrılmaz parçasıdır.
 
İkincisi, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində həmin kənddən məcburi köçkün düşmüş yüzlərlə Azərbaycan vətəndaşı 30 ildir ki, öz yurdlarına qayıdacağı günü gözləyir. Və əsl humanitar fəlakət onların dogma yurd-yuvalarından qaçqın düşməsi baş verib. 
 
Üçüncüsü, Zabux kəndində tarixən heç bir erməni yaşamayıb. Və oradakı haylar kənd işğal edildikdən sonra əsasən xarici ölkələrdən – Suriya və Livandan gətirilərək tamamilə qanunsuz şəkildə yerləşdirilib… Bu səbəbdən Zabux kəndi yeni dəhlizə salınsa belə, oradakı ermənilər köçürülməli və kəndin 30 ildən çoxdur qaçqın həyatı sürən əzəli sakinləri – Azərbaycan vətəndaşları öz dogma yurdlarına qaytarılaraq tapdanmış yaşam haqları bərpa olunmalıdır…
Onu da vurğulamaq gərəkdir ki, alternativ yol Zabux kəndindən hayların dediyi kimi, 1200 metr yox, ən azı, 3 km məsafədən keçir...
(Moderator.az)


Xəbəri paylaş

1184 dəfə oxunub.

Digər xəbərlər