Saytımızı qiymətləndirin


 
 

Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində xüsusi əməliyyat keçirilib, 22 nəfər saxlanılıb
Tarix: 15-03-2022 | Saat: 12:16
Bölmə:Karusel / Region | çapa göndər

AzPolitika — onlayn siyasi-ictimai qəzet

Tbilisinin Poniçala qəsəbəsində və regionlarda həyata keçirilmiş xüsusi əməliyyat zamanı 22 nəfər saxlanılıb.

Qarabaginfo.az "Report"a xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslərin 17-si külli miqdarda narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunurlar.

İstintaqla onların sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Bu cinayətə görə 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur. 



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər