Saytımızı qiymətləndirin


 
 

Göyçayda ağır qəza - Sürücü kormaya düşdü
Tarix: 06-02-2022 | Saat: 18:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Göyçayda ağır qəza- Sürücü kormaya düşdü

Göyçay şəhəri ərazisində bir gündə iki yol qəzası olub. 

Qarabaginfo.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolun Göyçay şəhərindən keçən hissəsində, işıqforun altında "VAZ 2107", "Ford" və "Chevrolite" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə zamanı "VAZ 2107"-nin sürücüsü İrşad Salmanov və başqa bir nəfər xəsarət alıb.

Göyçay-Ucar yolunda "Opel" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində isə sürücü Kamran Novruzov və sərnişini Vüsal Əhmədov ağır xəsarət alıblar. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Kamran Novruzovun reanimasiya şöbəsində koma vəziyyətində olduğu bildirilir.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər